Fransa Liqa1-də 2018-19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, "Reym"lə son tur oyununda bir dəfə fəqlənən PSJ-nin hücumçusu Kilian Mbappe 33 qolla çempionatın bombardiri olub.

O, bununla XXI əsrdə daxili birinciliyin bombardiri olan 6-cı fransız olub. Kiliana qədər Cibril Sisse (2001-02, 2003-04), Kərim Benzema (2007-08), Andre-Pyer Jinyak (2008-09), Olivye Jiru (2011-12) və Aleksandr Lyakazett (2014-15) ən məhsuldar oyunçu olmuşdu.

Qeyd edək ki, Kilian Mbappe eyni zamanda mövsümün ən yaxşı oyunçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest