Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Matc.az xəbər verir ki, yarımfinalın cavab qarşılaşmasının ilk oyunu İtaliyada baş tutub.
"İnter" doğma meydanda "Barselona"nı qəbul edib. Gərgin keçən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə "İnter" daha bir qol vuraraq 4:3 hesablı qələbə qazanıb və finala yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 31-i, Almaniyanın Münhen şəhərindəki "Allians Arena"da baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
"İnter" (İtaliya) – "Barselona" (İspaniya) - 4:3
Qollar: Martinez, 21(1:0), Çalhanoğlu, 45+1 (2:0), Qarsia, 54 (2:1), Olmo, 60 (2:2), Rafinya, 87 (2:3), Açerbi, 90+3 (3:3), Fratessi, 99 (4:3)
(İlk oyun – 3:3)