Bu gün futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, “Olimpik Star”da əvvəlcə meydana turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandalar çıxıb. Favorit “Baku Fire” fasiləyə hesabda üstün yollansa da, ikinci hissədə 2 qırmızı vərəqə almaqla bərabər, tablodakı rəqəmlərin eyniləşməsinə də mane ola bilməyib. Artıq 33-cü dəqiqədə hər iki komandanın aktivində 4 qol var idi. Son 3 dəqiqə qalmış nominal qonaqlar qələbə qazandıran qolu vura bildi və aktivinə 3 xal yazdırdı.

Liderlə autsayderin görüşü “qırmızı-ağlar” üçün daha çox məşq xarakteri daşırdı. Elə hesabın erkən açılması da bunu göstəricisidir. Birinci hissədə 6 cavabsız top vuran “Araz-Naxçıvan” üstünlüyünü fasilədən sonra da davam etdirib. Amirhossein Rasouli 7 qol vurmaqla bombardirlər yarışında liderə yaxınlaşıb.

Turun son oyununda hesabı gənclər millisi açsa da, təcrübəli futzalçılardan qurulan “Neftçi” 12-ci dəqiqədə tablodakı rəqəmləri xeyrinə dəyişərək, üstünlük qazandı. Fasiləyə qədər başqa qol vurulmadı. İkinci hissədə də ssenari eyni xətt üzrə davam etdi. Maraqlı məqam U-19-un qolkiperi Hüseyn Əbdülovun fərqlənməsi idi. Beləliklə növbəti qələbəsini qazanan “Neftçi” İK turnir cədvəlindəki mövqeyini qorumuş oldu.

Şuşa – Baku Fire (2:4) 4:5
Qollar:
Sadegh Javiditabar, 7:04, 15:19, 32:53 pen., Aidar Turarov, 28:42 // Oktay Rüstəmli, 4:40, 37:53, İaqo Henrique, 5:49, Tofiq Əliyev, 6:51, Henrique Soares, 7:58

Yasamal Bakı – Araz-Naxçıvan (0:6) 0:22
Qollar:
Roman Adamov, 0:38, 22:23, 33:13,  Amir Şojaei, 5:24, Ali Rostami, 5:49, Novruz Kazixanov, 9:12, 27:33, 29:52, Ramazan Atakişiyev, 15:54, Karlos Henrique, 18:17, 29:17, 29:36, 34:16, Amirhossein Rasouli, 24:35, 26:33, 33:01, 35:23, 37:32, 38:08, 39:23, Xəzər Ağalızadə, 34:49, 35:01

U-19 – Neftçi İK (1:2) 2:4
Qollar: Rəvan Quliyev, 7:27, Hüseyn Əbdülov, 25:37 // Mortaza Haidari, 11:12, 11:33, Abdul Ghafar, 21:48, 30:19

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest