08 May 2025, 23:54
FUTBOL
Türkiyə Futbol Federasiyası (TFF) 2025/2026 mövsümü üçün transfer pəncərələrinin vaxtını açıqlayıb.
Matc.az TFF-nin rəsmi saytna istinadən xəbər verir ki, yay transfer pəncərəsi 30 iyun tarixində açılacaq. Klublar sentyabrın 12-dək heyətlərinə yeni oyunçu cəlb edə biləcək.
Qış transfer dövrü daha qısa müddəti əhatə edəcək. Belə ki, klublar 5 yanvar - 10 fevral tarixləri arasında yeni futbolçuları heyətlərinə qata bilərlər.