09 May 2025, 09:58
AVROPA LİQASI
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Matc.az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Atletik"i qəbul edib. Qarşılaşma "qırmızı şeytanlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İki oyunun nəticəsinə görə 7:1 hesablı üstünlük əldə edən "Mançester Yunayted" adını finala yazdırıb.
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (İspaniya) 4:1
Qollar: Meyson Maunt, 72, 90+1, Kazemiro, 80, Rasmus Hoylun, 85 - Mikel Xaureqizar, 31