Bir müddət əvvəl "Keşlə" ilə yollarını ayıran Amil Yunanovun yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını "Qəbələ"də davam etdirəcək. Bu barədə "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov "Azərbaycan" radiosuna açıqlamasında deyib. O, Amilin yetirməsi olduğu kluba – "Qəbələ"yə keçəcəyini bildirib. "Qəbələ"nin yetirməsi olan Amil Yunanov "Turan Tovuz", "Sumqayıt" və "Keşlə"də forma geyinib

Qurbanov "Səbail"lə mübarizədə büdrəmələrindən danışıb:

"çox böyük amillər oldu, həqiqətən biz inandıq. Komandamızdan bir çox futbolçu getdi, yeniləri gəldi. Mən də ilk dəfə idi baş məşqçi kimi çalışırdım. Futbolçuların adaptasiya müddəti çox çəkdi. Bu uyğunlaşma dövrünü azalda bilmədik. Tətbiq etdiyim bir oyun üslubu var idi. Hər dəfə bunu görmək istəyirdim. Ancaq bəzən bu olmadıqda psixoloji təsir edirdi. Həm mənə, həm də komandaya. İlk dövrə bitəndən sonra artıq fərqli "Qəbələ" görəcəksiz demişdim. Artıq komanda nəticə qazanmağa inanırdı. "Səbail"lə oyunlarda biz üstün idik. Onların bu mövsümki işini kiçiltmək istəmirəm, böyük mübarizə apardılar. Məğlub olsaq belə, futbolçulardakı birliyi görürdüm. Ola bilməzdi ki, bu qədər əziyyət çəkək, bəhrəsini görməyək. ölkədə iki çempionluq kuboku var. Biri çempionat, onu "Qarabağ" qazandı, biri də ölkə kuboku, onu da biz qazandıq".

Sənan Qurbanov klubdan ayrılan Stiven Monrozla bağlı da fikirlərini bildirib: "Monroz çox keyfiyyətli futbolçudu. Onun gedişi bizim üçün itkidi. Bu, futboldu, futbolun bir tərəfində də ayrılıq var. Davit Volkov da son dönəmlərdə yaxşı oyun sərgilədi. Volkovdan çox şey gözləyirik. Monrozun yerini çalışacağıq ki, əcnəbi futbolçuyla dolduraq".

Qurbanov, qapıçı Dmitri Bezotosnının klubdakı gələcəyindən də danışıb: "Neçə illərdi Dmitri bizimlədi. Rəhbərliklə danışıqlar gedir, onun qalmasını istəyirik. Gərək iki tərəf də şərtlərdə razılaşsın. Son dönəmlərdə Anar Nəzirovun da yaxşı çıxış etməsi, komandadakı rəqabəti artırdı. Əlbəttə, istərdim ki, Bezotosnı qalsın".

Futbolinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest