Almaniya kubokunda final oyunu keçirilib. Matc.az saytının məlumatına görə, Bundesliqanın qalibi "Bavariya" həlledici qarşılaşmada "Leypziq"lə qarşılaşıb.

Robert Levandovski və Kinqsli Komanın qolları sayəsində böyük hesabla qalib gələn Münhen təmsilçisi "qızıl dubl"a imza atıb. "Bavariya" bununla tarixində 19-cu dəfə ölkə kubokunu qazanıbsa, "Leypziq" ilk dəfə çıxdığı finalda məğlub olub.

 

Almaniya kuboku

Final

25 may

"Leypziq" - "Bavariya" - 0:3

Levandovski, 29, 85; Koman, 78

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest