Qazaxıstan Premyer Liqasında XII turdan təxirə salınan bir oyun baş tutub. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin komandası "Tobol" da növbəti oyununu keçirib.

Kustanay təmsilçisi səfərdə "Taraz"la qarşılaşıb. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Emil 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 12 oyundan sonra aktivində 26 xal olan "Tobol" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest