Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turniri start götürüb. Matc.az saytı xəbər verir ki, millimiz ilk oyununda səfərdə Belarus yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmadan sonra açıqlama verən yığmamızın italiyalı çalışdırıcısı Covanni Kaprara komandasından razı olduğunu ifadə edib: "Oyunçularımdan çox razıyam. çünki sona qədər döyüşməyə hazırdılar. Yenicə birlikdə hazırlaşmağa başlamışıq. Düşünürəm ki, gələcəkdə hər şey daha yaxşı olacaq".

Belarus millisinin üzvü Vera Klimoviç də fikirlərini bölüşüb: "Yaxşı oyun idi. Düşünürəm ki, biz əsl gərginlik nümayiş etdirdik və nəticədən də razı qaldıq. İlk matçın evdə olması və azarkeşlərin dəstəyi bizə kömək oldu".

Qeyd edək ki, milimiz növbəti oyununu İspaniya yığmasına qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest