İtaliya A seriyasında 2018-19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, çempionatın bombardiri 26 qolla "Sampdoriya"nın hücumçusu Fabio Kvalyarella olub.

36 yaşlı forvard İtaliya çempionatını zirvədə tamamlayan 3-cü "Sampdoriya"lı kimi tarixə düşüb. Ona qədər genualıların heyətində Canluka Vialli (1990-91: 19 qol) və Serjio Briqenti (1960-61: 27 qol) A seriyasının bombardiri olub.

31 oyunda 21 dəfə fərqlənən "Yuventus"un hücumçusu Kriştianu Ronaldo isə bombardirlər yarışında 4-cü yeri tutub. Portuqaliyalı superulduz 12 ildən sonra ilk dəfə daxili çempionatda bombardirlər yarışında ilk "3-lük"dən kənarda qalıb. O, axırıncı dəfə 2006-cı ildə "Mançester Yunayted"də olarkən 9 qolla ən yaxşılar sırasına düşə bilməmişdi.

Qeyd edək ki, "Atalanta"lı Duvan Zapata 23 qolla ikinci, mövsümə "Cenoa"da başlayıb "Milan"da bitirən Kşiştof Pyontek isə 22 qolla üçüncü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest