"Çelsi"yə qarşı çox oynamışıq. Onlarla bir-birimizi yaxşı tanıyırıq. Hər iki komanda rəqibin zəif nöqtələrini bilir. Məsələn, biz "Çelsi"də kimin nə qədər səhv etmək ehtimalı olduğuna bələdik. Gərgin mübarizə olacaq".
"Premyer Liqada mövsümü 70 xalla tamamlamışıqsa, bunun bir səbəbi olmalıdı. Müdafiəni düşünmədən sadəcə hücum oyunu göstərsəniz, bu qədər xal yığmaq qeyri-mümkün olar". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın müdafiəçisi Şkodran Mustafi deyib.
"Topçular" mayın 29-da Avropa Liqasının finalında "çelsi" ilə qarşılaşacaq. Oyunöncəsi yerli mətbuata danışan almaniyalı futbolçu komandasının şanslarını dəyərləndirib.
Mustafi finalda etibarlı oynamağın vacibliyini vurğulayıb: "çelsi"yə qarşı çox oynamışıq. Onlarla bir-birimizi yaxşı tanıyırıq. Hər iki komanda rəqibin zəif nöqtələrini bilir. Məsələn, biz "çelsi"də kimin nə qədər səhv etmək ehtimalı olduğuna bələdik. Gərgin mübarizə olacaq. Amma düşünürəm ki, onları məğlub etmək üçün kifayət qədər yaxşıyıq. Bu artıq Premyer Liqa yox, Avropa Liqası matçı olacaq. Yəni azarkeşlər bu dəfə sıradan bir Premyer Liqa oyunu deyil, fərqli qarşılaşma izləyəcəklər. Bir səhvin nəticəni müəyyənləşdirəcəyi oyun olacaq. Bu üzdən də diqqətli olmalıyıq. Müdafiəçi olaraq səhvsiz çıxış etməliyik. Bacarığımızın 90 faizini göstərsək, rəqib 10 faizlik şansından yararlanar. Arxa xətdə bir səhviniz sayəsində rəqib qol vursa və oyunun qalan dəqiqələrində əla təsir bağışlasanız, insanlar yenə qolu xatırlayacaqlar. Düzdü, bu mövsüm istədiyimiz kimi oynamadıq, bir məyusluq oldu. Ancaq Avropa Liqasında hədəfə çatmaq şansımız davam edir. Mövsümü titulla bitirmək istəyirik".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma saat 23:00-da başlayacaq.