"Real"ın yarımmüdafiəçisi Hames Rodriges İspaniyaya qayıtmayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kolumbiya millisinin üzvü karyerasını İngiltərədə davam etdirəcək.

Son iki mövsümü icarə əsasında "Bavariya"da keçirən 28 yaşlı hücumameyilli oyunçunu almanlar transfer etməyib. Nəticədə o, müqavilə ilə məxsus olduğu "Real"a qayıtmalıdı. Lakin "kral klubu" Premyer Liqa təmsilçilərindən birinin təklifini qəbul edəcək. Hazırda "Liverpul", "Arsenal" və "Mançester Yunayted" ulduz futbolçunun transferində maraqlıdı.

Qeyd edək ki, Hames Rodrigesin "Real"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest