Avropa Liqasının finalına cəmi 2 gün vaxt qalsa da, "Arsenal" cəbhəsi hələ də Henrik Mxitaryan məsələsini şişirtməklə məşğuldu. Matc.az xəbər verir ki, "topçular"a yaxın mediaya qoşulan futbolçular da oyunu unudub, bu məsələdən danışırlar.
Son olaraq komandanın qapıçısı Bernd Leno komanda yoldaşının Bakıya gəlməməsinə münasibət bildirib. "Kicker"ə danışan almaniyalı qolkiper bunu pisləyib: "Mxitaryanın final oyununu buraxması skandaldı. O, mövsümboyu çox iş gördü və indi siyasi səbəbdən finalda iştirak etməyəcək".
Görünür, Leno komanda yoldaşının öz istəyi ilə Bakıya gəlmədiyindən xəbərsizdi. Halbuki Azərbaycan hökuməti həm UEFA-ya, həm də klubun özünə təhlükəsizliklə bağlı tam təminat vermişdi. Sadəcə, Mxitaryan komandasına Bakıda kömək etmək əvəzinə, futbolu siyasətə qatmaq və qalmaqal yaratmaq üçün bu yola əl atıb.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "çelsi" arasında keçiriləcək.