Türkiyə Superliqasını 2-ci pillədə başa vuran "Başakşəhər" icarə müddəti başa çatan Arda Turanla yollarını ayırır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi onu yenidən nə icarəyə götürmək, nə də birdəfəlik transfer etmək istəyir.

32 yaşlı yarımmüdafiəçi müqavilə ilə "Barselona"ya məxsus olsa da, Kataloniya klubuna qayıtmayacaq. çünki La Liqa çempionu onu transferə çıxarıb. Sabiq komandası "Qalatasaray"ın maraq dairəsində olan Türkiyə millisinin üzvü yenidən Avropaya yollana bilər. çünki "İnter" Ardanın transferi üçün hərəkətə gəlib. Klublar arasında razılıq əldə olunarsa, futbolçu özü də legioner həyatı yaşamağa müsbət baxacaq.

Qeyd edək ki, Arda Turanın "Barselona" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest