28 May 2025, 19:52
TOP OYUNLARI
Avropa Qızıl Liqasında çıxış edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının oyun proqramı müəyyənləşib.
Matc.az verir ki, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv mübarizəyə mayın 30-da başlayacaq.
Milli ilk turun oyunlarını Bakıda keçirəcək. Hər üç qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Avropa Qızıl Liqası
I tur
30 may
18:00. Macarıstan – Azərbaycan
31 may
18:00. Sloveniya – Macarıstan
1 iyun
18:00. Azərbaycan – Sloveniya