29 May 2025, 11:35
DÇ-2026
Cənubi Azərbaycanın "Traktor" klubu baş məşqçi Draqan Skoçiçin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Draqan Skoçiç 2024-cü ilin iyul ayında "Traktor"un baş məşqçisi təyin olunub. Komanda bu il tarixi ərzində ilk dəfə İran çempionu olub.