Komandamız bu gün Macarıstan yığması ilə üz-üzə gələcək. GİN-in Voleybol Mərkəzində baş tutacaq bu görüşün start fiti saat 18:00-da çalınacaq.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəyə start verir.

Matc.az xəbər verir ki, komandamız bu gün Macarıstan yığması ilə üz-üzə gələcək. GİN-in Voleybol Mərkəzində baş tutacaq bu görüşün start fiti saat 18:00-da çalınacaq.

Faiq Qarayevin yetirmələri ilk turun oyunlarını Bakıda keçirəcəklər. Paytaxtımızda təşkil olunan bu turun hakimləri serbiyalı Dejan Rogic, türkiyəli Caner Cildir və həmyerlimiz Eldar Zülfüqarovdur.

Oyunlarının təqvimi:
Avropa Qızıl Liqası (qadınlar)
I TURNİR (AZƏRBAYCAN)

30.05.2025
18:00 Macarıstan - Azərbaycan  

31.05.2025
18:00 Sloveniya – Macarıstan  

01.06.2025
18:00 Azərbaycan – Sloveniya

Oyunlar GİN-nin Voleybol Mərkəzində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest