Mayın 25-dən etibarən Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı keçirilir. Matc.az xəbər verir ki, Azarkeş Festivalının keçirildiyi ərazidə müxtəlif əyləncə nöqtələri fəaliyyət göstərir.

Final oyunu günü – mayın 29-da isə azarkeşləri daha bir sürpriz gözləyir. Azarkeş Festivalının ərazisində quraşdırılmış böyük monitorda "çelsi" və "Arsenal" klubları arasında keçiriləcək final qarşılaşmasının rəsmi ictimai baxışı təşkil olunacaq.

Azarkeş Festivalının ziyarətçiləri saat 23:00-dan etibarən final qarşılaşmasını canlı yayımda izləyə biləcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest