27 May 2019, 17:25
FUTBOL
İngiltərə Peşəkar Futbolçuları Asossiasiyasının azarkeşlər arasında keçirdiyi sorğu nəticəsində ilin ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, "çelsi"nin yarımmüdafiəçisi Eden Azar azarkeşlər arasında keçirilən sorğuya əsasən, Premyer Liqada 2018/19 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Peşəkar Futbolçular Assosiasiyasının futbolçular arasında keçirdiyi səsvermə nəticəsində isə "Liverpul"un müdafiəçisi Vircil van Deyk Premyer Liqada mövsümün futbolçusu seçilmişdi.