Azərbaycan çempionu "Qarabağ" sabah Avropa Liqasında növbəti oyununa çıxacaq. Matç.az saytı xəbər verir ki, Ağdam klubu avrokubok görüşünü oktyabrın 25-də keçirəcək 2-ci təmsilçimizdi.

İndiyədək yalnız bir dəfə Azərbaycan klubu bu tarixdə qitə miqyaslı turnirdə qüvvəsini sınayıb. Buna 6 il öncə təsadüf olunub.

Avropa Liqasının qrupunda düşən ilk Azərbaycan klubu kimi tarixə düşən "Neftçi" Rusiya təmsilçisi "Rubin"lə qarşılaşıb. Kazanda keçirilən görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

"Neftçi" səfərdə oynayıbsa, "Qarabağ" evdə meydana çıxacaq. Ukraynanın "Vorskla" klubu ilə sabah baş tutacaq matç oktyabrın 25-də Bakıda keçiriləcək ilk avrokubok oyunu olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest