2019/20 mövsümündə İngiltərə Premyer Liqasında çıxış etmək hüququ qazanan sonuncu klubun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, çempionşipdə 3-6-cı yerləri tutan kollektivlər arasında təşkil olunmuş pley-offun həlledici görüşündə "Aston Villa" ilə "Derbi Kaunti" qarşılaşıb.

üç qolun qeydə alındığı görüş "çelsi"nin sabiq futbolçusu Frenk Lempardın çalışdırdığı "Derbi Kaunti"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə "Aston Villa" 3 illik fasilədən sonra yenidən elitaya qayıdıb. Birmingem təmsilçisi 2015/16 mövsümündə yüksək liqanı tərk etmişdi.

"Aston Villa"dan öncə çempionşipdə müvafiq olaraq qızıl və gümüş medalları qazanmış "Norviç" və "Şeffild Yunayted" Premyer Liqaya vəsiqə qazanmışdı. Bu klublar geridə qalan mövsümdə elitanı tərk edən "Kardiff Siti", "Fulhem" və "Haddersfild"i əvəz edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest