"Bavariya" "Yuventus"un yarımmüdafiəçisi Paulo Dibaladan əl çəkmir. Matc.az saytnın xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi argentinalı ulduz futbolçunun transferi üçün qarşı tərəflə danışıqlara başlayıb.

Bundesliqa çempionu bu keçid üçün turinlilərə 80 milyon avro təklif edib. Ancaq "qoca sinyora"nın  25 yaşlı oyunçusuna qoyduğu qiymət 100 milyondu. "Yuve" Dibalanı "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın transferində də istifadə edə bilər. Belə ki, A seriyasının qalibi fransalıya qarşılıq Dibala və müdafiəçi Aleks Sandronu qarşı tərəfə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, geridə qalan mövsüm 42 oyunda meydana çıxan Paulo Dibala 10 qol, 6 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest