çexiyanın Gənclər Liqasında əsas mərhələnin IX turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" növbəti oyununa çıxıb.

Komanda öz meydanında "Dukla" ilə üz-üzə gəlib. Praqa təmsilçisi böyükhesablı məğlubiyyətə uğrayıb - 0:5. Bu mövsüm 25 oyunda 19 qol vuran Nəbiyev budəfəki qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, "Slaviya"nın U-21 komandası hazırda 19 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest