PSJ-nin hücumçusu Edinson Kavani komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu karyerasını, çox güman ki, İsaniyada davam etdirəcək.

32 yaşlı forvardın "Atletiko" ilə danışığı müsbət nəticələnib. Antuan Qrizmanna əvəzləyici axtaran madridlilərin təklifi Uruqvay millisinin üzvünü qane edib. İndi qalır Paris təmsilçisini bu keçidə razı salmaq.

Qeyd edək ki, 2013-cü ildən PSJ-nin formasını geyinən Edinson Kavaninin müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest