28 May 2019, 16:09
FUTBOL
"Maynts" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Bavariya"dan Conatan Mayeri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı müdafiəçiylə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Bavariya"nın gənclərdən ibarət komandasında çıxış edən Mayer geridə qalan mövsümdə 26 oyunda iştirak edib.