"Barselona"nın əfsanəvi futbolçusu Xavi Ernandes baş məşqçi fəaliyyətinə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu karyerasını başa vuran 39 yaşlı mütəxəssis Qətər klubu "Əl-Sədd"in "sükanı arxası"na keçib.

Məhz "Əl-Sədd"in oyunçusu kimi butslarını mıxdan asan Xavi komandası ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Xavi Ernandes 2015-ci ildən bəri "Əl-Sədd"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest