"Bu matçda ən yaxşısını etməyə çalışacam. Oyun başlamazdan əvvəl komandalara, məşqçilərə, arenaya və hakim dostlarıma baxacam. Və hadisənin mahiyyətini tam dərk edəcəm".
"Bu, mənim üçün fantastik təyinatdı. çünki bu, London derbisidi, xüsusi oyundu". Matc.az xəbər verir ki, bunu Avropa Liqasının final görüşünə təyinat alan Canluka Rokki deyib.
UEFA-nın rəsmi saytına danışan italiyalı referi Bakıda "çelsi" ilə "Arsenal" arasında keçiriləcək həlledici qarşılaşmanın onun karyerasında xüsusi yer tutacağını söyləyib: "Bu matçda ən yaxşısını etməyə çalışacam. Oyun başlamazdan əvvəl komandalara, məşqçilərə, arenaya və hakim dostlarıma baxacam. Və hadisənin mahiyyətini tam dərk edəcəm. Son oyunumun final fitinə qədər əlimdən gələni etməkdə qərarlıyam. Bakıda bu arzumu həyata keçirmək istəyirəm".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək görüş yerli vaxtla 23:00-da başlayacaq.