"Valensiya"nın hücumçusu Rodriqo komandanı tərk edəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu klubla bu barədə razılığa gəlib.

Rəhbərlik 28 yaşlı oyunçunun ayrılmaq qərarını müsbət qarşılayıb və təklifləri dəyərləndirməyi məqsədəuyğun bilib. Hətta "yarasalar"ın ilk təklifi aldığı da bildirilir. Rodriqonun müqaviləsində yer alan bəndə görə, onun transfer qiyməti 120 milyon avrodu. Ancaq rəhbərlik forvardını 50 milyon avroya satmağa hazırdı.

Qeyd edək ki, Rodriqo 2015-ci ildən "Valensiya"nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest