"Tottenhem" və "Brentford" hücumçu Bryan Mbemonun transferi ilə bağlı danışıqlar aparıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Daha əvvəl futbolçunun xidmətində "Mançester Yunayted"in də maraqlı olduğu və forvardın şəxsi müqavilənin şərtlərini artıq razılaşdırdığı bildirilirdi. London klubuna "Brentford"un keçmiş baş məşqçisi Tomas Frank başçılıq etdikdən sonra isə futbolçu özü də "Tottenhem"lə varianta meyl etməyə başlayıb.

Qeyd edək ki, ötən mövsüm 25 yaşlı Mbemo bütün turnirlərdə 42 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Kamerunlu futbolçunun "Brentfordl"a hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest