29 May 2019, 01:25
FUTBOL
PSJ-nin hücumçusu Neymar yenidən İspaniyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona" sabiq futbolçusunu qaytarmaq niyyətindədi.
Antuan Qrizmannla müqayisədə Neymarı daha faydalı hesab edən kataloniyalılar vaxt itirmədən qarşı tərəflə danışıqlara başlayıb. La Liqa çempionu bu transferdə Usman Dembeleni fransızlara verməklə məbləğin azaldılmasına çalışır.
Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan 222 milyon avroya keçib.