«Zirə» FK və «Şüvəlan» FK-nun 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında təşkil etdiyi «İnkişaf turniri» davam edir. Dünən 2-ci tura yekun vurulub.

«A» qrupunda «Sumqayıt»ı 2:0 hesabı ilə məğlub edən «Keşlə» 6 xalla liderliyi ələ keçirib. Bu qrupun digər oyununda da 2:0 hesabı qeydə alınıb. «Sabah-2004» «Şüvəlan»ı məğlub edib. Aktivində 3 xalı olan «Sabah-2004» və «Şüvəlan»uyğun olaraq 2-3-cü yerləri bölüşrürlər. Xalı olmayan «Sumqayıt» sonuncu pillədə qərarlaşıb.

«B» qrupunda isə vəziyyət bir qədər qəlizdir. «Sabah»ı minimal hesabla yenən «Neftçi» 4 xalla 1-ci yerdədir. «Qarabağ»a 1:3 hesabı ilə məğlub olan «Zirə» isə 1 xalla sonuncudur. Bu qrupda 3 xal toplayan «Sabah»la «Qarabağ» 2-3-cü yerdə «məskən salıblar».

Hər 2 qrupdakı vəziyyətə nəzər salsaq, bütün komandaların yarımfinal mərhələsinə çıxmaq şansları var.

 

1-ci tur

«A» qrupu

«Keşlə» - «Sabah» 5:2

Qollar: Kamal Kazımov, 2, Vaqif Həsənov, 12, 43, 56; Fərid İmanquliyev, 58 – Şahmar Aşurov, 19 (pen.), 25

«Sumqayıt» - «Şüvəlan» 1:3

Qollar: Yusif Rufulzadə, 16 – Məhəmməd Məmmədzadə, 52; Kənan Hüseynzadə, 58; Pərviz Hüseynov, 70

 

«B» qrupu

«Neftçi» - «Zirə» 1:1

Qollar: Nurlan Musayev, 58 – Vüsal Əliyev, 59

«Sabah» - «Qarabağ» 7:1

Qollar: Vüsal Vəliyev, 18, 19, 30; Nihat Dəryagir, 20; Həsən Seyfullayev, 28 (pen.); Vüsal Mirzəzadə, 60; Kamil Musayev, 71 – Musa Musazadə, 37 (pen.)

2-ci tur

«A» qrupu

«Keşlə» - «Sumqayıt» 2:0

Qollar: Vaqif Həsənov, 42, 53

«Şüvəlan» - «Sabah-2004» 0:2

Qollar: Ayxan Allahverdiyev, 48; Qəşəm Məmmədov, 70

 

«B» qrupu

«Sabah» - «Neftçi» 0:1

Qol: Ağadadaş Salyanski, 57

«Zirə» - «Qarabağ» 1:3

Qollar:  Mahmud Ağayev, 55 - Mirmövsun Caniyev, 5; Elnar Əkbərov, 35; Sahib Səmədov, 43

 

Bombardir: Vaqif Həsənov («Keşlə») – 5 qol

 

3-cü turun oyunları mayın 31-də keçiriləcək:

 

11:00 «Qarabağ» - «Neftçi»

(Binə qəsəbə stadionu)

11:00 «Sabah – 2004» - «Sumqayıt»

(Şüvəlan, «AZAL Arena»)

17:00 «Zirə» - «Sabah»

(Binə qəsəbə stadionu)

17:00 «Şüvəlan» - «Keşlə»

(Şüvəlan, «AZAL Arena»)

 

«Het-trik news»

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest