14 İyun 2025, 19:43
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2025-ci il Avropa Qızıl Liqasında çıxışını başa vurub.
Matc.az xəbər verir ki, Xorvatiyanın Zadar şəhərində komandamız turnirdə son oyununa Rumıniya yığması ilə üz-üzə gəlib.
Görüş rumıniyalıların üstünlüyü ilə keçib. Hər 3 setdə uduzun millimiz Avropa Qızıl Liqasını xalsız başa vurub. 6 oyunda yığmamızın gücü cəmi 2 set qazanmağa çatıb.
Faiq Qarayevin yetirmələri Avropa Qızıl Liqasında sonuncu pillədə başa vurublar.
Avropa Qızıl Liqası
VI tur
14 iyun
Rumıniya - Azərbaycan - 3:0 (25:14, 25:10, 25:17)
Zadar, “Kresimir Cosic Sports Hall”