15 İyun 2025, 20:38
TOP OYUNLARI
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa eyni hesabla uduzub.