Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin nümayəndəsi Adil Şükürov "Dostluq üçün futbol" sosial layihəsində iştirak üçün bu ölkədə olan "Sabah" klubunun üzvlərini ziyarət edib, onlara dəstək olub.

"Sabah" Madriddə baş tutacaq turnirdə U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunur. Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılıb.

"Dostluq üçün futbol" sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest