"Liverpul" Jarrel Quansahın "Bayer"ə satışından vəsait aldıqdan sonra "Kristal Pelas"ın 24 yaşlı mərkəz müdafiəçisi Mark Qehi üçün təklif verməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, Leverkuzen klubu Quansah üçün "mersisaydlılar"a 30 milyon funt-sterlinq ödəyəcək. "Kristal Pelas"ın Qehini satmağa hazır olduğu dəqiq məbləğin adı çəkilmir, lakin keçən qış "qartallar" "Tottenhem"in 55 + 15 milyon funt sterlinq təklifini rədd etmişdi.

Qeyd edək ki, ötən mövsüm müdafiəçi bütün yarışlarda 44 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Quehinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

Qehi İngiltərə yığmasının heyətində bütün turnirlərdə 23 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest