29 May 2019, 15:47
FUTBOL
"çelsi"nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının final oyunundan sonra "Yuventus"un "sükanı arxası"na keçə bilər. Matc.az saytı xəbər verir ki, "qoca sinyora"nın prezidenti Andrea Anyelli Bakı restoranlarının birində italiyalı mütəxəssislə görüntülənib.
Səhər saatlarında baş tutan görüşdə "çelsi"nin prezidenti Bryus Bak da iştirak edib. Tərəflərin Sarrinin "Yuventus"a keçidini müzakirə etdikləri bildirilir.
Qeyd edək ki, Britaniya KİV-i bu gün "Arsenal"la keçiriləcək final qarşılaşmasının nəticəsindən asılı olmayaraq, Sarrinin "çelsi"dən qovulacağını yazıb.