"Atletiko" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisi "Portu"nun kapitanı Ektor Erreranı transfer edib.

Meksika millisinin üzvü yaxın günlərdə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. 29 yaşlı yarımmüdafiəçi "Atletiko"ya havayı başa gəlib. çünki onun portuqaliyalılarla müqavilə müddəti başa çatıb. Bununla Errera yay fasiləsində "Portu"nu "Atletiko"ya dəyişən ikinci futbolçu olub. Ona qədər müdafiəçi Felipe də ispanlarla müqavilə imzalayıb.

Qeyd edək ki, Ektor Errera geridə qalan mövsüm ümumilikdə 53 oyunda iştirak edib, 9 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest