29 May 2019, 19:22
FUTBOL
"çelsi"nin sahibi, rusiyalı milyarder Roman Abramoviç bu gün Bakıya gəlib. Matc.az saytının "Correire dello Sport"a istinadən məlumatına görə, yəhudi əsilli rus biznesmen komandasının "Arsenal"la oynayacağı Avropa Liqasının final matçını izləmək üçün paytaxtımıza buyurub.
O, hava limanından birbaşa komandasının qaldığı otelə yollanıb.
Qeyd edək ki, "çelsi" bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda start götürəcək oyunda "Arsenal"la qarşılaşacaq.