25 İyun 2025, 15:58
TOP OYUNLARI
Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, komitənin qərarı ilə Yevgeni Kukseviç Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Rusiyalı mütəxəssislə anlaşma 1 illikdir. Təyinatı ilə bağlı 53 yaşlı baş məşqçi federasiyanın mətbuat xidmətinə bunları deyib:
“Milli komandada işləmək böyük məsuliyyət və şərəfdir. Komandanı formalaşdırmaq üçün çox iş görməliyik. İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsın və daim nəzarətimizdə olsun. Onların inkişafı çox vacibdir. Tək məşqlərlə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq”.