Kişi voleybolçular arasında təşkil olunan Gümüş Avropa Liqasında II turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, milli komandamız səfərdə Gürcüstan yığması ilə qarşılaşıb.

İlk görüşündə Rumıniyaya uduzan komandamız (1:3) ikinci oyunundan qələbə ilə ayrılmağı bacarıb. Fərid Cəlalovun yetirmələri 3:1 (25:18, 11:25, 11:25, 17:25) hesablı qələbə qazanıblar.

Qeyd edək ki, millimiz növbəti görüşünü iyunun 2-də Danimarkaya qarşı keçirəcək.

Gümüş Avropa Liqası

B qrupu

II tur

Gürcüstan – Azərbaycan – 1:3 (25:18, 11:25, 11:25, 17:25)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest