09 İyul 2025, 22:51
FUTBOL
"Napoli" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, İtaliya çempionu SPAL-dan ayrılan Emanuele Rao ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Napoli" 19 yaşlı vingerlə 5 illik müqavilə imzaladıqdan sonra onu "Bari"yə icarəyə verəcək.
Qeyd edək ki, İtaliya U-19 millisinin üzvü olan Emanuele Rao ötən mövsüm SPAL-ın heyətində keçirdiyi 38 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.