"Malyorka" sol cinah müdafiəçisi Alberto Morenonun transferini elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Sequnda təmsilçisi azad agent statusu daşıyan 34 yaşlı ispaniyalı futbolçu ilə müqavilə imzalayıb.

Tərəflər arasında müddəti bir mövsüm uzadıla bilmə variantı ilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Moreno son 2 ili "Komo"da keçirib. O, həmçinin "Vilyarreal", "Liverpul" və "Sevilya"dakı çıxışları ilə də tanınır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest