"Əl-Hilal" "Arsenal" ilə Qabriel Martinellinin transferi ilə bağlı razılığa yaxınlaşır.
Matc.az xəbər verir ki, bu barədə "CBS Sports" nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu Səudiyyə Ərəbistanı təmsilçisinin təklif etdiyindən 8 milyon avro daha çox məbləğ tələb edir. Bundan əlavə, londonlular müqaviləyə oyunçunun növbəti satışından müəyyən faiz əldə etmək bəndini daxil etməyi nəzərdən keçirirlər.
"Əl-Hilal"ın braziliyalı futbolçuya illik təxminən 20 milyon avro maaş və bonuslar ödəməyə hazır olduğu iddia edilir. Bu məbləğ Qabrielin hazırkı komandasındakı qazancından təxminən iki dəfə çoxdur.
Qeyd edək ki, ötən yay vasitəçilər Martinellinin xidmətlərini "Əl-Nəsr"ə təklif etmişdilər. Həmin vaxt "Arsenal" oyunçunu 85 milyon avrodan baha qiymətləndirirdi və futbolçu bu keçiddən imtina etmişdi.




_1787655193.jpg)








