"Fənərbaxça" və "Komo" klubları müdafiəçi Dieqo Karlosun transferi ilə bağlı prinsipial razılığa gəliblər.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, tərəflər 33 yaşlı braziliyalı futbolçunun transferi üçün bütün şərtlərdə ortaq məxrəcə gəliblər və anlaşma təmin olunub.

Mərkəz müdafiəçisi ötən mövsüm ümumilikdə 27 matçda meydanda olub və bu qarşılaşmalarda 1 qol vurub.

"Transfermarkt" portalında hazırkı bazar dəyəri 5 milyon avro qiymətləndirilən təcrübəli oyunçunun hazırkı klubu ilə sözləşməsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest