"Eştrela Amadora" yaxın vaxtlarda sahiblərini dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.
Bildirilir ki, Portuqaliya təmsilçisini Almaniyanın investisiya qrupu satın alacaq. Bu qrupun tərkibinə "Bavariya"nın üç keçmiş ulduz futbolçusu – Mats Hummels, Tomas Müller və Yan Zommer daxildir.
Sonuncu iki oyunçu hazırda karyeralarını müvafiq olaraq "Vankuver Uaytkeps" və "Brügge" klublarında davam etdirirlər.
Sözügedən investisiya qrupu klubun səhmlərinin 90 faizini əldə edəcək. Bu sövdələşmənin 40 milyon avro dəyərində olduğu qiymətləndirilir. Klubun yeni prezidenti isə Yohannes Mosmanq olacaq.
Qeyd edək ki, "Eştrela Amadora" Portuqaliya çempionatının yüksək divizionunda ardıcıl dördüncü mövsümünü keçirir. Komanda ötən mövsümü 18 kollektiv arasında 15-ci pillədə başa vurub.







_1787655193.jpg)





