"Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik".
"Araz-Naxçıvan" bu gün Ərzurumda keçirdiyi yoxlama matçında “Bayburtspor”u 14:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır. Bu ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.