"Sabah"ın sabiq baş məşqçisi, hazırda Rusiya təmsilçisi "Krasnodar"ı çalışdıran Murad Musayev ölkəsinin mətbuatına müsahibə verib.
Matc.az xəbər verir ki, "Sport Express" nəşrinə danışan rusiyalı mütəxəssis Azərbaycanda işlədiyi vaxtları xatırlayıb. O,
“Mən Azərbaycana gedəndə biz orada çoxlu yeni şeyləri sınamağa başladıq, təzə ideyalar, emosiyalar, əla nəticələr var idi. Mən bu işdən qürur duyuram ki, o vaxt yeni, indi ölkənin böyük klubu olan “Sabah” Vasili Berezutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda çıxış edəcək. Onda isə “Sabah” sonuncu yerdə gedirdi və mövsümün sonunda beşinci yeri tutmuşduq. Növbəti mövsümdə isə hibrid sxemlərlə gözəl futbol oynayaraq, artıq gümüş medal qazandıq. Bütün çətinliklərdən, şübhələrdən keçməli olduq. “Krasnodar”a qayıtmaq isə asan deyildi. Uğur qazanmaq üçün bütün bunlardan keçməliyik”.