"Yuventus"un baş məşqçisi Luçano Spalletti A Seriyasının son turunda "Torino" ilə heç-heçədən (2:2) sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsini şərh edib:
"Yaxşı oyun nümayiş etdirsək də, qarşılaşma bizim üçün çətin keçdi. Qalib gələ bilərdik. Lakin "Torino" öz şanslarından maksimum istifadə etdi. Çempionlar Liqasına vəsiqə qazanmaq şansımızı itirdiyimizi fasilədə öyrəndik. Bəli, bu xəbər ikinci hissədə komandaya psixoloji cəhətdən təsir göstərdi. Rəqabətədavamlı bir layihə qurmalıyıq. Tutduğumuz mövqedən asılı olmayaraq, planlarımız dəyişmir. Rəhbərlik mənə güvənir. Həmçinin transfer planlarımızı da müzakirə etdik".
Xatırladaq ki, "Yuventus" A Seriyasında mövsümü 69 xalla 6-cı pillədə başa vurub və növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib.












_1779713305.jpg)
