İngiltərə Premyer Liqasının qalibi olan "Arsenal" tarixi rekord müəyyənləşdirib.

Matc.az xəbər verir ki, ​London klubu bütöv bir mövsümü heç bir qırmızı vərəqə almadan və öz qapısına penalti təyin edilmədən başa vuran ilk komanda kimi turnirin tarixinə düşüb.

​Mikel Artetanın komandası çempionat boyu yüksək nizam-intizam və müdafiədə etibarlılıq nümayiş etdirib. Bu da çempionluq mübarizəsində əsas amillərdən birinə çevrilib.

Qeyd edək ki, 85 xal toplayan "Arsenal" ən yaxın izləyicisi "Mançester Siti"ni 7 xal qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest