"Milan"ın baş məşqçisi Massimilianu Alleqri A Seriyasının son turunda "Kalyari"yə məğlubiyyətdən (1:2) sonra məyusluğunu ifadə edib.

Matc.az xəbər verir ki, bu məğlubiyyət səbəbindən komanda Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib. ​Mövsümün yekununda "rossoneri" turnir cədvəlini 5-ci pillədə başa vurub. İtaliyalı mütəxəssis komandanın tutduğu yerə layiq olduğunu deyib:

​"Təəssüf ki, artıq nəticəni dəyişmək olmaz. Doğma meydanda beş oyun uduzduq və qərarlaşdığımız bu yerə tam layiqik. Qol vurduqdan sonra arxayınlaşdıq. Komanda olaraq müdafiədə çox bərbad oynadıq. Uşaqlara irad tuta biləcəyim bir şey yoxdur. Çempionlar Liqasına düşmək üçün əlimizdən gələni etdik. Hazırda məyus və qəzəbliyəm. Çempionlar Liqasından kənarda qaldıq. "Cenoa" ilə oyunda vəziyyəti xeyrimizə dəyişdikdən sonra, yekunda ÇL-dən kənarda qalacağımızı heç kim gözləmirdi. Futbolçuları heç nədə günahlandıra bilmərəm. Onlar meydanda bütün güclərini qoydular. Səbəbi tapmaq çətindir, bilmirəm. Haradasa mən, haradasa isə hamımız birlikdə səhvə yol verdik. Vəziyyəti dəyişməyə çalışdıq. Çempionlar Liqasına vəsiqəni son turda itirəndə, bu, insanı bütün mövsümü mənfi dəyərləndirməyə məcbur edir. Hesab edirəm ki, bütün mövsümə çox soyuqqanlı şəkildə qiymət vermək lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest